Hava limanında atışma - 11 nəfər öldü

Hava limanında atışma -    11 nəfər öldü
  12 İyul 2022    Oxunub:1304
Somalinin şimalında, Bosasoda təhlükəsizlik qüvvələri arasında atışma ilə müşayiət olunan qarşıdurmada ən azı 11 nəfər həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə “Somali Guardian” portalı məlumat yayıb. Atışma Bosaso Hava Limanının təhlükəsizlik dəstəsi ilə xüsusi təyinatlılar qrupu arasında baş verib. Buna səbəb Somalinin paytaxtı Moqadişodan humanitar yardım aparan təyyarənin gəlməsi olub.

Belə ki, xüsusi təyinatlıların əsgərləri təyyarəyə daxil olmaqda israr etsələr də, mühafizəçilər onları içəri buraxmayıblar. Ölənlərlə yanaşı, yaralılar da var.

500 mindən çox əhalisi olan Bosaso Puntland əyalətində yerləşir. Federal hakimiyyət orqanları tərəfindən çatdırılan humanitar yardım son onilliklərdə ölkənin bu hissəsində görünməmiş quraqlıq səbəbindən aclıq astanasında olan vətəndaşlar üçün nəzərdə tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti