Novo-Kaxovka vurulub: 7 ölü, 40 yaralı - VİDEO

   Novo-Kaxovka vurulub: 7 ölü, 40 yaralı -    VİDEO
  12 İyul 2022    Oxunub:1652
Ukraynanın Xerson vilayətinin Novaya Kaxovka ərazisinə endirilən zərbələr nəticəsində 7 nəfər ölüb, qırxa yaxın adam yaralanıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, rayonunun "hərbi-mülki administrasiyası"nın rəhbəri Vladimir Leontyev itkilərlə bağlı məlumatı təsdiqləyib və zərbələrin Kiyev tərəfindən vurulduğunu deyib.

Yerli saytlar Ukrayna ordusunun iyulun 12-nə keçən gecə Novaya Kaxovkaya hücumu nəticəsində selitra anbarlarının partlaması, xəstəxana, yaşayış binaları və digər şəhər infrastrukturuna ziyan dəyməsi barədə məlumatlar yayıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti