Məşhur idmançının acı taleyi: İnsan alverçiləri qaçırıb, uşaqlığı qul kimi keçib

   Məşhur idmançının acı taleyi:    İnsan alverçiləri qaçırıb, uşaqlığı qul kimi keçib
  12 İyul 2022    Oxunub:2726
Orta və uzun məsafələrə qaçış üzrə dördqat olimpiya çempionu Mo Farah BBC-yə diqqət çəkən və sensasiyalı müsahibə verib. AzVision.az xəbər verir ki, o, açıqlamalarında etiraf edib ki, Böyük Britaniyaya doqquz yaşında saxta adla gəlib. Daha doğrusu onu bu ölkəyə insan alverçiləri gətiriblər.
39 yaşlı idmançı məşhur nəşrə bir sıra diqqət çəkən hadisələri danışaraq deyib ki, onun əsl adı Hüseyn Abdi Kahindir, anası və iki qardaşı isə hələ də Somalilandda yaşayır.

İdmançı onu da qeyd edib ki, səkkiz-doqquz yaşlarında onu evdən qaçıraraq Cibutiyə aparıblar. Sonra isə tanımadığı bir qadın onu Məhəmməd Farah adında saxta sənədlərlə Londonun qərbinə gətirib. Burada isə ondan bir neçə il ev işləri görmək və başqalarının uşaqlarına baxmaq üçün istifadə edilib.



İdmançının hədələyiblər ki, əgər istismara uğraması barədə kiməsə həqiqəti desə, ailəsini görməyəcək.

12 yaşı olan Farah məktəbə göndərilərkən orada bədən tərbiyəsi müəllimi Adam Uotkinson onda xüsusi istedadı kəşf edib. Müəllim yeniyetmənin həyatı haqqında həqiqəti öyrəndikdən sonra ona sosial xidmətlərə müraciət etməyə və başqa bir Somali ailəsində yaşamağa kömək edib.

2000-ci ildə idmançı Mohamed Farah adı ilə Britaniya vətəndaşlığını alıb. Farah 2012 və 2016-cı il London və Rio Olimpiya Oyunlarının 5000 və 10000 metr məsafəyə qaçış üzrə çempionu olub. Həmçinin o, altıqat dünya çempionu, beşqat Avropa çempionudur.


İdmançı 2013-cü Britaniya imperiyasi ordeni kavaleri, 2017-ci ildə isə cəngavər adına layiq görülüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Britaniya   İdmançı   Medal  





Xəbər lenti