Rusiya qitələrarası savaşa hazırlaşır?

   Rusiya qitələrarası savaşa hazırlaşır?
  12 İyul 2022    Oxunub:1517
Rusiya qitələrarası ballistik raket olan "Sarmat"ı yeni sınaqlara hazırlayır. AzVision.az xəbər verir ki, bu barədə “Roskosmos”un baş direktoru Dmitri Roqozin məlumat yayıb.
"Sarmatı" özümüzə təhlükə saymırıq" - Pentaqon
O, Telegram-da etdiyi paylaşımda yazıb ki, “Dünyanın ən güclü qlobal mənzilli nüvə raketinin yeni sınaqlarına və kütləvi istehsalına hazırlaşırıq”.

Bundan əvvəl Roqozin bəyan etmişdi ki, "Roskosmos" müəssisələri artıq "Sarmat" qitələrarası ballistik raketlərini yaratmağa başlayıb.
Xatırladaq ki, aprelin 20-də Plesetsk kosmodromunda “Sarmat” qitələrarası ballistik raketinın uğurlu sınağı keçirilmişdi.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ilk ağır qitələrarası “Sarmat” ballistik raketlərinin ilin sonunda döyüş xidmətinə keçəcəyini bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Raket   Sınaq  



Xəbər lenti