Kreml: "Tehranda Putin-Ərdoğan görüşü baş tutacaq"

      Kreml:    "Tehranda Putin-Ərdoğan görüşü baş tutacaq"
  12 İyul 2022    Oxunub:1742
Rusiya Prezidenti Vladimir Putin gələn həftə Tehrana səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. AzVision.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açqılamasında məlumat verib.
Putin İrana gedir
- Üçtərəfli görüşdən əlavə, təbii ki, ikitərəfli görüşlər də olacaq. Dünən biz Putin və Ərdoğan arasında gözlənilən yüksək səviyyəli təmaslar barədə məlumat vermişdik və bu görüş də orada baş tutacaq, - Peskov Putinin İrana səfərinin təfərrüatları barədə danışarkən deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Putin   Ərdoğan   İran  



Xəbər lenti