Türkiyədə turist avtobusu aşdı: 18 nəfər yaralanıb

Türkiyədə turist avtobusu aşdı:    18 nəfər yaralanıb
  12 İyul 2022    Oxunub:1715
Türkiyədə Qara dəniz sahilindən Malatya şəhərinə qayıdan və turistləri daşıyan mikroavtobus uçuruma düşüb. Nəticədə 18 nəfər xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barərə Türkiyə KİV-i məlumat yayıb. Qəza Tunceli-Ərzincan yolunun 44-cü kilometrliyində baş verib. Sürücü idarəetməni itirib və avtobus yoldan çıxıb.

Hadisə yerinə çox sayda həkim, xilasedicilər, yanğınsöndürənlər və jandarma briqadaları göndərilib. Yaralılar Tunceli Dövlət Xəstəxanasına çatdırılıb, onlara tibbi yardım göstərilib.

AzVision.az




Teqlər:



Xəbər lenti