“Rusiyaya PUA verməmişik“

   “Rusiyaya PUA verməmişik“
  12 İyul 2022    Oxunub:1150
İran PUA-larını Rusiyaya ötürülməsi ehtimalı ilə bağlı iddialarını təkzib edib.
AzVision.az "Mehr"ə istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani mətbuat konfransı zamanı bildirib:

“Rusiya və İran arasında bir sıra müasir texnologiyalar sahəsində əməkdaşlığın tarixi Ukraynada müharibədən əvvəlki dövrə gedib çıxır və son vaxtlar bu sahədə əməkdaşlıq o qədər də inkişaf etmir”.

N. Kənani qeyd edib ki, Ukrayna böhranı ilə bağlı İranın mövqeyi kifayət qədər aydındır və dəfələrlə bəyan edilib.

İranlı diplomat əlavə edib ki, ABŞ və Avropa illərdir işğalçı və təcavüzkar ölkələri, o cümlədən Qərbi Asiya regionunda yerləşən ölkələri müxtəlif ölümcül silahlarının anbarına çevirir.

Bir müddət əvvəl ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın bu cür məlumatı haradan aldığını açıqlamadan və heç bir sübut təqdim etmədən İranın guya Rusiyaya PUA-larını təhvil verməyə hazırlaşdığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti