İsrail Kiyevə hərbi yardım göndərir

İsrail Kiyevə hərbi yardım göndərir
  12 İyul 2022    Oxunub:1914
İsrail Ukraynaya yeni yardım paketini təsdiqləyib. AzVision.az xəbər verir ki, bu barədə "Yediot Ahronot" nəşri məlumat yayıb.
İsrailin müdafiə naziri Benni Qantz Ukraynaya yeni yardım partiyasının - xilasetmə xidmətləri və mülki təşkilatlar üçün avadanlıqların çatdırılmasını təsdiq edib.

Söhbət 1 500 dəbilqə, 1 500 zireh və 1 000 qaz maskasından gedir. Onların yaxın həftələrdə Ukraynaya təhvil veriləcəyi güman edilir.

Bundan əvvəl İsrail artıq Ukraynaya xilasetmə xidmətləri üçün qoruyucu ləvazimatlar, həmçinin su təmizləmə sistemləri, tibbi avadanlıqlar daxil olmaqla 100 ton humanitar yardım bağışlayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti