Rusiyanın Ermənistandakı hərbi bazasında yanğın olub

Rusiyanın Ermənistandakı hərbi bazasında yanğın olub
  12 İyul 2022    Oxunub:1510
Ermənistanın şimalında, Gümrüdə yerləşən Rusiya hərbi bazasında yanğın baş verib. AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 102-ci Rusiya hərbi bazasının ərazisində tikinti materialları anbarı yanır.

Yanğının söndürülməsinə 4 yanğınsöndürmə və xilasetmə qrupları cəlb edilib.

Gümrüdə yerləşən Aleksandr Nevski ordeninin bazası S-300V zenit-raket kompleksləri, MiQ-29 qırıcıları, Mi-24P və Mi-8MT helikopterləri ilə təchiz olunub.

102-ci bazanın şəxsi heyətinin sayı təxminən 4 min nəfərdir.

AzVision.az



Teqlər:





Xəbər lenti