Ruslar ukraynalı diversant saxlayıblar

Ruslar ukraynalı diversant saxlayıblar
  12 İyul 2022    Oxunub:1424
Rusiya mediası ukraynalı diversantın saxlanılması barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar Zaporojye vilayətində Melitopol şəhərinin təhsil departamentinin direktoru Yelena Şapurovaya qarşı sui-qəsdin təşəbbüskarının zərərsizləşdirilini qeyd edirlər.
"Saxlanılan Melitopolda 2022-ci il iyunun 17-də şəhərin təhsil şöbəsinin müdiri Yelena Şapurovaya sui-qəsd cəhdinin səbəbkarı, diversant Yaroslav Juk olub. Juk istintaqla əməkdaşlıq edir və silahdaşlarına qarşı etiraflar verir", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti