Odessa kinostudiyası ordu üçün taktiki qrim hazırlayıb- VİDEO

   Odessa kinostudiyası ordu üçün taktiki qrim hazırlayıb-    VİDEO
  12 İyul 2022    Oxunub:1851
Odessa Kinostudiyası Ukrayna Silahlı Qüvvələri üçün taktiki qrimlərdə kömək edir. Mütəxəsssislər hərbçilərə dəriyə zərər vermədən maskalanmağa kömək edir.
AzVision.az xəbər verir ki, bu barədə TSN məlumat yayıb.

Qeyd edilir ki, mütəxəssislər öz makiyaj formulasını işləyib hazırlayıblar. O, günəşdən qoruyur və suya davamlıdır. Onlar artıq bu formulun patentini almağa hazırlaşırlar. Bu taktiki makiyajın isə ordu üçün vacib olduğu vurğulanır.

Bundan əvvəl kinostudiyada aktyorlar üçün qrimlər edilirdisə, indi qrimlər Ukrayna Silahlı Qüvvələri üçün hazırlanır.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti