ABŞ və müttəfiqləri Rusiya neftindən istifadəni məhdudlaşdırır

 ABŞ və müttəfiqləri Rusiya neftindən istifadəni məhdudlaşdırır
  13 İyul 2022    Oxunub:989
ABŞ və müttəfiqləri Rusiya təcavüzünün qarşısını almaq üçün Rusiya neftinin qiymətlərini məhdudlaşdırmağı hədəfləyir
AzVision.az xəbər verir ki, bu barədə Asoşeyted Press Agentliyi məlumat yayıb. Bildirilib ku, ABŞ və müttəfiqləri neft və benzin qiymətlərinin dünya iqtisadiyyatını çökdürə biləcək qiymətlərə qalxmasının qarşısını almaq və Rusiyanın müharibə maşının yaratdığı aclığı aradan qaldırmaq üçün yeni yollar axtarır.

İxrac qadağalarına, sanksiyalara və Mərkəzi Bankın fəaliyyətini dayandırmasına baxmayaraq, Kremlinin əsas maliyyə mənbəyi olan neft Rusiya iqtisadiyyatını ayaqda saxlamağa nail olub.

ABŞ-ın Avropalı müttəfiqləri Baydenin yolunu izləməyi və ilin sonuna kimi Rusiya neftindən istifadəni dayandırmağı planladıqlarını bildiriblər.

Bəzi iqtisadçıların fikrincə bu addım dünyada neft tədarükünün azalmasına, qiymətlərin 1 barel üçün 200 dollara qədər qalxmasına səbəb ola biləcək.

Bu risk ABŞ-ın üzərinə düşür və onun müttəfiqləri Rusiya neftinin qiymətinə nəzarət etmək üçün alıcı karteli yaratmağa çalışırlar. “Yeddilik” qrupunun liderləri Rusiya neftinin qiymətində məhdudiyyəti dəstəkləmək barədə ilkin razılığa gəliblər. Sadə dillə desək, iştirakçı ölkələr nefti bazar qiymətindən aşağı qiymətə almağa razı olacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti