Gəncədə mənzil yanıb, 1 nəfər zəhərlənib

Gəncədə mənzil yanıb, 1 nəfər zəhərlənib
  13 İyul 2022    Oxunub:1743
Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan mənzildə 1 ədəd kreslo və 4 m² sahədə divar kağızı yanıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN  



Xəbər lenti