Hazırlaşın, uşaqlar… Həbsxanaya! – FOTOLAR

// Rusiyada dərc olunan kitab sensasiya yaradıb

   Hazırlaşın, uşaqlar… Həbsxanaya! –    FOTOLAR
  13 İyul 2022    Oxunub:3949
Ukraynada gedən müharibənin fonunda Rusiyanın "Банда умников" nəşriyyatının yeni məhsulu olan "Həbsxanalar və həbs yerləri: Uşaq və yeniyetmələr üçün ensiklopediya"nın görüntüləri sensasiya effekti yaradıb. Belə ki, siyasi repressiyaların və total senzuranın tüğyan etdiyi ölkədə "ensiklopediyanı" etirazı sublimasiyası kimi qəbul edərək, ciddi tənqid atəşinə tutublar.

Görünür məhz bu səbəbdən nəşriyyatın rəhbərliyi mətbuat relizi ilə çıxış etmək məcburriyətində qalıb ki, "belə bir kitab nəşr edilməyib" və bu sadəcə "sosial şəbəkələr üçün hazırlanan virus reklam aksiyası"nın bir elementidir.

Açıq-aydın məlum olur ki, sözügedən rəsmi bəyanat dövlət qurumları tərəfindən edilən ciddi xəbərdarlıq və təzyiqlərin nəticəsidir. Çünki şəbəkədə yer alan görüntülərdə sərt, laminasiya üzlüklü (!), səhifələri nömrələnmiş və rəssam-qrafist illüstrasiyaları ilə dolu kitabın şəkilləri paylaşılıb. Yəni, "ensiklopediya" üzərində həm yaradıcı, həm də kütləvi tiraj istehsalını (səhifələrin yığılıb tikilməsi, kəsilməsi və termoyapışdırıcı ilə üzlüyə bərkidilməsini) tələb edən texniki iş aparılıb.


Uşaq və yeniyetmələrə ünvanlanan ensiklopediyanın sosial şəbəkələrdə yayılan şəkillərində "dustaq kamerasının quruluşu (planı)", "diş fırçasından əldəqayırma bıçağın düzəldilməsi", "həbsxana jarqonu lüğəti" və kriminal submədəniyyətin bir hissəsi olan "döymələrin (tatuların) mənası" bölmələri yer alır.

İstifadəçilərin paylaşımın altında ən çox yazğıdı şərhin ümumiləşdirilmiş mətni isə "öyrənin, tezlikcə gərəyiniz olacaq" mənasına gəlir.

Hans Kloss
AzVision.az üçün



Teqlər: Rusiya  





Xəbər lenti