Nazir Türkandakı abidələrə baxış keçirdi
Unikal abidə olan “Daş yollar”a edilən müdaxilə faktı ilə yerində tanış olan nazir, həmin tarixi abidəyə dəyən zərərin müəyyənləşdirilməsi və aradan qaldırılması, habelə daha ciddi şəkildə qorunması üçün tapşırıqlar verib. Vurğulanıb ki, bundan sonra da tarixi abidələrə edilən qanunsuz müdaxilələrin qarşısı qətiyyətlə alınacaq, qanunvericilik çərçivəsində ən ciddi addımlar atılacaq.
Qeyd edək ki, nazir Anar Kərimovun tapşırığı ilə “Daş yollar” abidəsinə edilən kənar müdaxilələrin qarşısının alınması, tarixi abidənin qorunması üçün ətrafı çəpərlənib.
Həmçinin əraziyə arxeoloqları cəlb edərək abidələrin son durumunun və çəpərlənmə zamanı nəzərə alınmalı olan əlavə tapıntıların dəqiqləşdirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, nazir "Daş yolları"na edilən müdaxilələrin ciddi araşdırılması üçün göstəriş verib.
AzVision.az
Teqlər: