İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Bakıya gəlir

   İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Bakıya gəlir
  13 İyul 2022    Oxunub:1742
İranın ali rəhbəri ayətulla Seyid Əli Xaməneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi admiral Əli Şamxani iyulun 15-də Azərbaycana səfər edəcək.
Məlumatı “Mehr” agentliyi yayıb. Səfər Azərbaycan Milli Təhlükəsizlik Şurasının katbi Ramil Usubovun dəvəti əsasında həyata keçiriləcək. Səfər çərçivəsində Əli Şamxani Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

AzVision.az



Teqlər: Bakı  



Xəbər lenti