Azad edilən ərazilərdə daha 51 mina aşkarlandı

   Azad edilən ərazilərdə daha 51 mina aşkarlandı
  13 İyul 2022    Oxunub:1030
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, iyulun 4-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 5 mina və 264 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 586 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az



Teqlər:



Xəbər lenti