"Ölkəmizi tanıdan festivallar dayandırıldı" - Tahir Əmiraslanov

   "Ölkəmizi tanıdan festivallar dayandırıldı" -    Tahir Əmiraslanov
  13 İyul 2022    Oxunub:873
Azərbaycan Milli Kulinariya Assosiyasiyasının rəhbəri Tahir Əmiraslanov bəzi beynəlxalq festivalların bu il ölkəmizdə təşkil olunmayacağını qeyd edib.
AzVision.az xəbər verir ki, T.Əmiraslanov əvvəllər keçirilən Beynəlxalq Ənənəvi Şirniyyat günü, Qəbələ Ənənəvi Mürəbbə və Bakı Ənənəvi Çay festıvalları bu il olmayacaq.

“Hər ilin 20 iyulunda Beynəlxalq Ənənəvi Şirniyyat günü Şəkidə keçirilirdi. Festival ölkəmizə həm gəlir, həm şöhrət gətirərdi. Həmin tədbir bizim Qəbələ Ənənəvi Mürəbbə və Bakı Ənənəvi Çay festıvalları ilə bağlıydı.

Məqsəd:

- Azərbaycan Çay süfrəsi ənənəsinin UNESKO-da təsbiti;

- Milli mətbəxin tanıdılması və mühavizəsi idi.

Məsələn, bu gün bədnam qonşular paxlavaya əl atanda, yüzlərlə xarici mütəxəssis bu şirniyyat növünün bixə məxsus olduğunu yazacaqdı.

Şəki paxlavası o vaxt patent olundu.

- 3700 il yaşı olan Şəki samovarına Şəkidə abidə qoyulması ilə bağlı danışıqlar gedirdi.

- ölkəmizə valyuta gətirilməsi. Arıq bir çox xarici şirkətlər bu festivallarla maraqlanırdı.

Bütün bu festivallar dayandırıldı”.

AzVision.az



Teqlər:



Xəbər lenti