Bloomberg: “Avropa dünyanın sonuna hazırlaşır”

      Bloomberg:    “Avropa dünyanın sonuna hazırlaşır”
  13 İyul 2022    Oxunub:1199
Rusiyadan qaz nəqli kəsiləndə Avropa İttifaqı dünyanın sonunu gözləməyə hazılaşacaq.
Bu barədə bazar ekspertlərinə istinadən Bloomberg məlumat yayıb. Qeyd olunub ki, Rusiyadan gələn qazın alternativi sadəcə olaraq yoxdur. Ona görə də tədarükün mümkün dayandırılması Mərkəzi Avropada ümumi şoka səbəb ola bilər ki, bu da digər Aİ ölkələrinə də təsir edəcək.

Bundan əlavə, Avropanın qış üçün kifayət qədər qaz ehtiyatı olmaya bilər ki, bu da istər-istəməz onun istehlakının normalaşdırılmasına gətirib çıxaracaq. Bu vəziyyəti əsl iqtisadi böhran hesab etmək olar.

Analitiklər Avropa regionunda inflyasiya artıq on ilin ən yüksək həddinə çatdığından, Avropa mərkəzi banklarının öz iqtisadiyyatlarına kömək etmək üçün heç bir təsirli tədbir görə bilmədiklərindən təəssüflənirlər.


AzVision.az


Teqlər:



Xəbər lenti