Bu barədə
AzVision.az -a ÜST-dən bildirilib. “Meymunçiçəyi virusunun yayılmasının qarşısını almaq bizdən kollektiv diqqət və koordinasiyalı hərəkət tələb edir. Bura ictimai səhiyyə tədbirləri, o cümlədən epidemioloji nəzarət, əlaqələrin izlənməsi, təcrid, xəstələrə qulluq, həmçinin risk qruplarının və ədalətli paylanmanın təmin edilməsi üçün vaksinlər və müalicə üsulları kimi tibbi alətlərin əlçatanlığı daxildir”, - ÜST-ün Mətbuat Xidmətindən deyilib.
Xatırladaq ki, Azərbaycanda hələlik meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb, lakin iyunun 30-na olan məlumata əsasən, 58 ölkədə 5322 virusa yoluxma və 1 ölüm halı qeydə alınıb. Meymunçiçəyi əsasən, mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində, tropik meşələrin yaxınlığında yayılan nadir xəstəlikdir.
AzVision.az
Teqlər: