“Bilirəm ki, bu proses onun üçün ağrılı olub. O, transseksualların məruz qaldığı qəddarlığa qarşı ayıqdır. Ancaq o, güclü və qorxmazdır.
Mən qızımı sevirəm. O, gözəl, müdrik, ağıllıdır. Hər addımda onun yanında olacağam. Ailəmiz onu dəstəkləyir”, - Xalid Hüseyni yazıb.
Xalid Hüseyni Əfqan xalqının problemləri, tarixi və mədəniyyətindən bəhs edən “Min möhtəşəm günəş” və “Çərpələng uçuran” kimi təsirli kitabların müəllifidir. Onun romanları bir çox dillərə tərcümə olunub. Kitabları gürcü dilində də nəşr olunur.
Şahanə Rəhimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


