ABŞ xəfiyyəsi İsraildən qovuldu

 ABŞ xəfiyyəsi İsraildən qovuldu
  13 İyul 2022    Oxunub:682
ABŞ Prezidenti Cozef Baydenin səfəri zamanı təhlükəsizliyini təmin etmək üçün İsrailə gələn ABŞ Məxfi Xidməti rəsmisi Qüdsdəki hadisədən sonra saxlanılaraq geri göndərilib.
Bu barədə ABC televiziya şirkəti departamentin nümayəndəsinə istinadən məlumat yayıb. İsrail polisi xəfiyyəni saxlayıb və dindirib. Vurğulanıb ki, məxfi xidmətin üzvü ilə “iddia edilən fiziki təmas” olub. Nəticədə o, ölkədən ABŞ-a qovulub. Artıq Qüdsdə baş verənlərlə bağlı xidmət araşdırma başlayıb və o müvəqqəti olaraq işindən uzaqlaşdırılıb.

AzVision.az


Teqlər: Almaniya  



Xəbər lenti