“Müəyyən problemlər var”

“Müəyyən problemlər var”
  06 Aprel 2013    Oxunub:1304
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının növbəti iclası bu yaxınlarda baş tutacaq.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib.

Bu istiqamətdə işlərin getdiyini deyən səfir, tərəflərin görüşün tarixini müəyyənləşdirmədiyini də diqqətə çatdırıb.

Səfir bildirib ki, bu il ərzində iclas mütləq keçiriləcək:
“Sadəcə tərəflərin sıx qrafikinə görə münasib tarixin seçilməsində müəyyən problemlər var”.

Qeyd edək ki, görüşdə ikitərəfli iqtisadi əlaqələri əhatə edəcək məsələlər müzakirə olunacaq

AzVision.az



Teqlər:





Xəbər lenti