İran parlamentinin spikeri Özbəkistan prezidenti ilə görüşüb

İran parlamentinin spikeri Özbəkistan prezidenti ilə görüşüb
  13 İyul 2022    Oxunub:1725
İran parlamentinin spikeri Məhəmmədbaqir Qalibaf Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Özbəkistanda səfərdə olan M.B.Qalibaf İran və Özbəkistan arasında güzəştli ticarətin tətbiqi və viza rejiminin ləğvi ilə bağlı sənədin imzalanmasının iki ölkənin iqtisadi əlaqələrinin inkişafına təkan verəcəyini bildirib.

Görüşdə Özbəkistan prezidenti Şavkat Mirziyoyev İran parlament spikerinin təklifini alqışlayıb və iki ölkənin özəl şirkətləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.


Teqlər:



Xəbər lenti