Britaniyada Baş nazir postuna 6 namizəd qaldı

 Britaniyada Baş nazir postuna 6 namizəd qaldı
  13 İyul 2022    Oxunub:1162
Böyük Britaniyada Mühafizəkarlar Partiyasında Baş nazir üçün səsvermənin birinci turu başa çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 8 namizədin mübarizə apardığı səsvermədə 2 namizəd baş nazirlik yarışı ilə vidalaşıb.

8 namizəd arasında keçmiş maliyyə naziri Rişi Sunak 88, ticarət naziri Penni Mordaunt 67, xarici işlər naziri Liz Truss 50 səs toplayıb.

İlk səsvermədə partiyanın parlamentdəki 358 deputatından 30-nun dəstəyini ala bilməyən namizədlər sıradan çıxarılıb.

Maliyyə naziri Nadhim Zahavi və keçmiş səhiyyə naziri Ceremi Hant ilk turdan keçə bilməyiblər.


Teqlər:



Xəbər lenti