Bill Qeyts xeyriyyə fonduna 20 milyard dollar bağışladı

   Bill Qeyts xeyriyyə fonduna    20 milyard dollar bağışladı
  14 İyul 2022    Oxunub:2035
“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts həmsədri olduğu “Bill & Melinda Gates” fonduna 20 milyard dollar ianə edib. Bununla fondun illik xərcləri daha da artırılacaq. AzVision.az xəbər verir ki, bu barədə amerikalı milyarder tvitterdə məlumat verib.
“Mən sərvətimin demək olar ki, hamısını fonda verməyi planlaşdırıram. Mən siyahıda aşağı enəcəyəm və sonda dünyanın ən varlı adamları reytinqindən çıxacağam”, - sahibkar deyib. İş adamı həmçinin ümid etdiyini bildirib ki, böyük sərvət və imtiyazlara malik olan digər insanlar da ondan nümunə götürəcəklər.

AzVision.az


Teqlər: Xeyriyyə  



Xəbər lenti