Şri-Lankada aksiyalar: 84 yaralı

   Şri-Lankada aksiyalar:    84 yaralı
  14 İyul 2022    Oxunub:848
Şri-Lanka hakimiyyəti adanın qərbində ölkənin hazırkı rəhbərliyinin istefası tələbi ilə keçirilən kütləvi etirazlar fonunda tətbiq edilən komendant saatını ləğv edib.
Kolombonun ərazisində yerləşən Qərb əyalətində komendant saatı qüvvədə idi. Komendant saatı elanı ilə eyni vaxtda baş nazir vəzifəsini icra edən Ranil Vikramasinqhe iğtişaşlar törədənlərə qarşı mübarizə aparmaq üçün ölkə daxilində fövqəladə vəziyyət elan emişdi.

Bu arada Şri-Lankada etiraz aksiyaları zamanı ən azı 84 nəfər xəsarət alıb. Onların yarısı parlament binası qarşısındakı iğtişaşlar zamanı yaralanıb. Yaralılar arasında iki jurnalist, eyni sayda polis əməkdaşı və bir əsgər var.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:



Xəbər lenti