"Qəbul imtahanlarının ikinci cəhdi daha yaxşı olacaq" - DİM sədri

  "Qəbul imtahanlarının ikinci cəhdi daha yaxşı olacaq" -    DİM sədri
  14 İyul 2022    Oxunub:725
"Ali məktəblərə qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözlənilir".
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səbəb abituriyentlərin II cəhdə daha yaxşı hazırlaşmalarıdır: "Müsabiqə vəziyyəti təkcə keçid ballarından asılı deyil. Verilən plan yerləri ilə də bağlıdır. Bu il təqdim olunan plan yerləri ötən illə müqayisədə 4 minə qədər çoxdur. Müəyyən ixtisaslarda çoxalma var. Dəqiq məlumat vermək üçün hər bir ixtisasla bağlı əsaslı təhlil və müqayisə aparılmalıdır".

AzVision.az



Teqlər:



Xəbər lenti