Ağalıya böyük köç başlayır: "Evimizin nömrəsini də bilirəm"
AzVision.az -a danışan C.Həsənov tarix yaxınlaşdıqca keçirdikləri hissləri sözlə ifadə etməyin çətin olduğunu vurğulayıb. Deyir ki, ancaq tarixi anı yaşayanlar nə hiss etdiklərini bilər:
- Ağalı kəndindən çıxanda 8 yaşım var idi. Beynimdə ancaq uşaqlıq xatirələri, evimiz, küçəmiz qalıb. Torpaqlarımız işğaldan azad olunandan sonra kəndimizə getmişdik. Sevinirəm ki, 30 ildən sonra dədə-baba yurduna qayıdırıq. Evimizin yerində salınan kənd əvvəlkindən də möhtəşəmdir və Qafqazda analoqu yoxdur. Ora qayıtdıqdan sonra vəzifəmizi layiqincə yerinə yetirməyə çalışacağıq. Bizə bu sevinci yaşadan Ali Baş Komanana, igid Ordumuza minnət6daram. Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət etsin".
Həsənovlar ailəsi Ağalı kəndində 30 nömrəli evdə qalacaq. Amma ailə yaşayacaqları evi hələ görməyib:
"Nömrəsini bilirik, amma evimizi köç zamanı görəcəyik. İmkan daxilində kənd təsərrüfatı ilə də məşğul olmaq niyyətindəyəm".
Aytən Zəhra
AzVision.az