"Kurslar sertifikasiya ilə bağlı müəllimlər arasında təlaş yaratmağa çalışır" - Rüfət Hacıyev

   "Kurslar sertifikasiya ilə bağlı müəllimlər arasında təlaş yaratmağa çalışır" -    Rüfət Hacıyev
  14 İyul 2022    Oxunub:1458
"Növbəti aylarda müəllimlərin sertifikatlaşdırmasının həyata keçirilməsi planlaşdırılır. Görünən budur ki, müəllimlərin böyük əksəriyyəti bu prosesə hazırlaşsa da, müəyyən maraqlı tərəflər var ki, onları demotivasiya edir, təlaş yaratmağa cəhd edirlər".
AzVision.az xəbər verir ki, bunu Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev deyib. O bildiib ki, təlaş yaratmağa çalışanlar müəllimlərin üzərindən pul qazanmağa çalışan onlayn kurslardır.

"Məqsəd 1000 nəfər müəllimi 80 manat qarşılığında kursa cəlb edib 80000 manat qazanmaqdı. İbtidai sinif müəllimlərinə ümumi orta təhsil səviyyəsindəki proqramlardan sual düşəcəyini deyib təlaş yaradırlar. Rəsmən dəfələrlə elan edilib ki, bu prosesdə suallar yalnız ibtidai təhsil səviyyəsində təqdim ediləcək. Müəllimlərə tövsiyəmiz ondan ibarətdir ki, belə insanlarla kontaktdan uzaq dursunlar".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti