Hindistan Şri-Lanka ilə ticarəti dayandırdı

Hindistan Şri-Lanka ilə ticarəti dayandırdı
  14 İyul 2022    Oxunub:1120
Şri-Lankada kütləvi etirazlar və iğtişaşlar Hindistanın bu ölkə ilə ticarətinin müvəqqəti dayandırılmasına səbəb olub.
Bunu Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) sədr müavini Xalid Xan bəyan edib.
“Bizim ixrac və idxalımız tamamilə dayanıb. Hindistanlı ixracatçılar Şri-Lankadakı siyasi böhran və ödəniş problemləri səbəbindən ehtiyatlı davranırlar. Şri-Lankada sakitliyin bərpası Hindistanın çox ehtiyac duyduğu sənaye, əczaçılıq, gübrə, qida və tekstil məhsulları üçün xammalın daşınmasını bərpa etməyə imkan verəcək” - deyə, o bildirib.

2000-ci ildən Hindistan və Şri-Lanka arasında azad ticarət sazişi mövcuddur. 2021-2022-ci maliyyə ilində (30 martda başa çatıb) Hindistanın bu ölkəyə ixracı 1 milyard dollar təşkil edib.Hindistan Şri Lankanın ən böyük kreditorudur. 2022-ci ildə Yeni Dehli Şri Lankaya 4 milyard dollar kredit verib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Hindistan  



Xəbər lenti