Daha üç ölkə BRICS-ə qoşulmaq istəyir

Daha üç ölkə BRICS-ə qoşulmaq istəyir
  14 İyul 2022    Oxunub:1360
Rəsmi Qahirə (Misir), Ankara (Türkiyə) və Ər-Riyad (Səudiyyə Ərəbistanı) BRICS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) üzvlük üçün müraciət etməyi planlaşdırırlar.
Bu barədə BRICS Beynəlxalq Forumunun prezidenti Purnima Anand bildirib: “Bütün bu ölkələr qoşulmaqda maraqlı olduqlarını göstəriblər və üzvlük üçün müraciət etməyə hazırlaşırlar. Hesab edirəm ki, bu, yaxşı addımdır, genişlənmə həmişə müsbət qəbul edildiyi üçün bu, BRICS-in bütün dünyada təsirini açıq şəkildə artıracaq”.

Onun sözlərinə görə, bu ölkələrin assosiasiyaya daxil olması çox vaxt aparmamalıdır.

AzVision.az



Teqlər:



Xəbər lenti