Yeddinci sanksiyalar paketi: Rusiyadan daha 50 nəfər "qara siyahı"da

  Yeddinci sanksiyalar paketi:  Rusiyadan daha 50 nəfər "qara siyahı"da
  14 İyul 2022    Oxunub:805
Avropa İttifaqı (Aİ) bir həftə ərzində Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təqdim etməli və təsdiq etməlidir ki, bu da Rusiya qızılının idxalına qadağa qoyulması və bir sıra rusların sanksiya siyahısına daxil edilməsini nəzərdə tutur.
Bu barədə “Euractiv” internet portalı Aİ diplomatlarına istinadən xəbər verir. Qeyd olunub ki, Aİ səfirlərinin yeni, yeddinci paketə hazırlığı bu cümə axşamı və cümə (14 və 15 iyul - Red) davam etməlidirlər və çox güman ki, gələn həftənin ortalarına qədər üzv dövlətlər tərəfindən təsdiqlənəcək.

Nəşrin məlumatına görə, yeni paketdə Rusiyaya ixracı qadağan olunmuş ikili təyinatlı malların siyahısını genişlənəcək, Rusiya prezidenti Vladimir Putinin çevrəsi ilə əlaqəli fiziki və hüquqi şəxslərin adları olacaq.

Bloomberg bildirib ki, Avropa İttifaqı yeddinci sanksiyalar paketi çərçivəsində Rusiyadan daha 50-yə yaxın fiziki və hüquqi şəxsə qarşı sanksiyaların tətbiqini təklif etmək niyyətindədir.

AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti