Ukraynanın Vinnitsa şəhərinə raket hücumu: 23 ölü, 29 itkin - YENİLƏNİB
"Saat 21:00-a olan məlumata görə, üçü uşaq olmaqla 23 nəfər dünyasını dəyişib. 29 nəfərin axtarışları davam edir".
***
Rusiyanın Ukraynanın Vinnitsa şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
AzVision.az UNIAN-a istinadən xəbər verir ki, ümumilikdə 115 nəfər tibbi yardım üçün müraciət edib, 64 nəfər hazırda xəstəxanadadır. Onlardan 34 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə kritikdir. Eyni zamanda 42 nəfərin taleyindən hələki xəbər yoxdur və axtarışları davam etdirilir.
Raket hücumu nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq birgünlük matəm elan olunub. İyulun 15-i Vinnitsa şəhəri və daxil olduğu vilayətdə bayraqlar endiriləcək, hadisənin qurbanları yad ediləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


