Aİ Ukraynaya daha 500 milyon avroluq hərbi yardım ayıracaq
Qərarın Aİ xarici işlər nazirlərinin Rusiya Federasiyasına qarşı yeni sanksiyaların müzakirə olunacağı qarşıdakı iclasda qəbul ediləcəyi gözlənilir.
Avropa İttifaqından Ukraynaya hərbi yardımın ümumi məbləği bununla da 2,5 milyard avroya çatacaq. Yardım Ukraynaya hərbi texnikanın tədarükünə görə ayrı-ayrı ölkələrin hökumətlərinə kompensasiya verilməsini nəzərdə tutan xüsusi mexanizm çərçivəsində həyata keçirilir.
Bundan əvvəl Bloomberg xəbər vermişdi ki, gələn həftə Aİ sanksiyaların yeddinci raundu çərçivəsində Rusiyadan 50 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini təklif etmək niyyətindədir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


