ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırdı

   ABŞ vətəndaşlarını   Ukraynanı dərhal tərk etməyə çağırdı
  14 İyul 2022    Oxunub:1549
ABŞ öz vətəndaşlarını Ukraynaya daxil olmamağa çağırır. Eyni zamanda ölkədə olan amerikalılardan dərhal ölkəni tərk etmələri tövsiyə olunub.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Rusiyanın davam edən hərbi hücumları, ölkədə aktiv hərbi əməliyyatlar və qeyri-müəyyən təhlükəsizlik şəraiti səbəbindən Ukraynada təhlükəsizlik vəziyyəti ağır və gözlənilməz olaraq qalır.

Səfirlik amerikalıları kütləvi toplantılardan və təşkil olunan tədbirlərdən çəkinməyə çağırıb. Bildirilib ki, belə tədbirlər Ukraynanın istənilən bölgəsində, o cümlədən Qərb hissəsində işğalçı qüvvələrin hədəfinə çevrilə bilərlər.

"Ukraynada təhlükəsizlik vəziyyəti olduqca dəyişkəndir və vəziyyət xəbərdarlıq edilmədən pisləşə bilər. ABŞ vətəndaşları ayıq-sayıq qalmalı və təhlükəsizlik məlumatlarını artırmaq üçün müvafiq addımlar atmalıdırlar", - deyə səfirlikdən qeyd edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti