Monteneqroda ilk: Magistral avtomobil yolu açıldı

   Monteneqroda ilk:    Magistral avtomobil yolu açıldı
  15 İyul 2022    Oxunub:598
Balkan regionunda magistral avtomobil yolu olmayan yeganə ölkə Monteneqroda ölkənin ilk magistral yolunun ilk 41 kilometrlik hissəsi istifadəyə verilib.
Magistral avtomobil yolunun istifadəyə verilməsi mərasimində Monteneqro Prezidenti Milo Cukanoviç və Baş nazir Dritan Abazoviç iştirak ediblər. Bu magistral avtomobil yolu Monteneqronun sahilyanı Bar şəhərindən Serbiya sərhədinə qədər uzanan ümumilikdə 171 kilometrlik layihənin ilk hissəsini təşkil edir. Magistral yolun tam istifadəyə verilməsi sayəsində Serbiyada çəkilmiş avtomobil yolu ilə birlikdə Monteneqronun Adriatik dənizi sahillərini Belqrad şəhəri ilə birləşdirmək planlaşdırılır.

Qeyd edək ki, tikintisi nəzərdə tutulan körpü və tunellərə görə çox çətin marşrut üzərində inşa edilən avtomobil yolunun inşasına 2015-ci ildə Çinin dövlət şirkəti “CRBC” tərəfindən başlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti