Konqresmenlər Türkiyəyə “F-16”ların satışını çətinləşdirir

   Konqresmenlər Türkiyəyə “F-16”ların satışını çətinləşdirir
  15 İyul 2022    Oxunub:652
ABŞ Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) ölkənin təkmilləşdirilmiş “F-16” qırıcılarının və “F-16” modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.
Demokrat Kris Pappas və Respublikaçı Frank Pallone tərəfindən təqdim olunan müdafiə büdcəsində “F-16” qırıcılarının Türkiyəyə təhvil verilməsi üçün tələbləri sərtləşdirən düzəlişin lehinə 244 qanunverici, əleyhinə 179 deputat səs verib.

Bundan əlavə, ABŞ prezidenti Cozef Bayden administrasiyası “F-16” təyyarələrinin Türkiyə tərəfindən “Yunanıstan ərazisi üzərində təkrar icazəsiz uçuşlar” üçün istifadə edilməməsi üçün atılan addımların ətraflı təsvirini təqdim etməli olacaq.

Növbəti maliyyə ili üçün ABŞ-ın müdafiə büdcəsi layihəsinə (ölkədə oktyabrın 1-də başlayır) cümə axşamı günü Nümayəndələr Palatasının səsverməsi gözlənilir. Türkiyə daha əvvəl ABŞ-dan Hərbi Hava Qüvvələrində xidmətdə olan təyyarələr üçün 40 “F-16 Block 70” döyüş təyyarəsi və 80 “Block 70” təkmilləşdirmə dəsti istəyib.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden NATO-nun Madriddə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Ankaraya “F-16” qırıcılarını göndərməli olduğunu deyib.

AzVision.az



Teqlər: F-16  





Xəbər lenti