Şri-Lankada prezident seçkilərinə başlanılır

Şri-Lankada prezident seçkilərinə başlanılır
  15 İyul 2022    Oxunub:902
Sabah Şri-Lankada yeni prezident seçkilərinə başlanılacaq. Seçkilər 7 gün davam edəcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şri Lanka parlamentinin müxbiri məlumat verib. Bildirilib ki, seçilmiş yeni prezident Rajapaksanın 2024-cü ildə bitən müddətinin qalan hissəsindən xidmətə davam edəcək. Əgər o parlament tərəfindən təsdiqlənərsə, yeni baş nazir də təyin edilə biləcək

Qeyd edək ki, pul qıtlığı səbəbindən 22 milyon əhalisi olan Şri Lanka ərzaq, yanacaq, gübrə kimi gündəlik ehtiyacların idxalını ödəyə bilmir. Baş vermiş böhrandan əvvəl iqtisadiyyatı artan və inkişaf edən Şri Lankanın belə sürətli iqtisadi tənəzzülü hər kəsi heyrətləndirib.

AzVision.az


Teqlər:



Xəbər lenti