“Depardye məhkəmədən yayınmayıb”

“Depardye məhkəmədən  yayınmayıb”
  06 Aprel 2013    Oxunub:1279
Ötən il öz vətəndaşlığından imtina edən fransalı aktyor Jerar Depardye ilə bağlı məhkəmə prosesi təxirə salınıb.
Buna səbəb aktyorun film çəkilişlərinə görə, məhkəməyə özünü çatdıra bilməməsi olub.

Bu barədə bildirən aktyorun vəkilinin sözlərinə görə, aktyor çəkilişlərlə əlaqədar ABŞ-da olub və məhkəmədə iştirak edə bilməyib.

Qeyd edək ki, mətbuatda yer alan xəbərlərin əksəriyyətində məşhur aktyorun qəsdən məhkəmə prosesindən yayındığı qeyd olunur.

Məlumat üçün bildirək ki, tanınmış aktyor ötən il noyabr ayının 29-da içkili vəziyyətdə idarə etdiyi motosikletlə qəza şəraiti törədib. Aktyorla bağlı hər hansı faktlar ortaya çıxdığı təqdirdə, Depardyeni 4500 avro cərimə və iki il həbs cəzası gözləyir.

AzVision.az



Teqlər:  





Xəbər lenti