Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin edildi - FOTOLAR

   Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin edildi -    FOTOLAR
  15 İyul 2022    Oxunub:1478
İyulun 14-də daha bir qrup müharibə əlili yüksək texnologiyalı müasir 4-cü nəsil protezlərlə təmin edilib.
AzVision.az xəbər verir ki, tədbir Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində baş tutub.

Ötən dövrdə 324 nəfər müharibə əlili yüksək texnologiyalı 338 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib. Onlardan 124 nəfəri I Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərdir ki, 128 ədəd müasir protezlə təmin olunublar.



200 nəfəri isə 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə yaralanaraq ətrafları amputasiya olunmuş qazilərdir və həmin şəxslərə ümumilikdə 210 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protez verilib.

Ümumilikdə Vətən müharibəsi qazilərinin protezlə təminat prosesi yekunlaşmaq üzrədir.

Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.



AzVision.az


Teqlər:



Xəbər lenti