Estoniya hökuməti istefa verdi

   Estoniya hökuməti  istefa verdi
  15 İyul 2022    Oxunub:1634
Estoniyanın Baş naziri Kaya Kallas rəhbərlik etdiyi kabinetin istefa verdiyini açıqlayıb.
Bu barədə ERR dövlət yayım şirkəti məlumat yayıb."Hökumət başçısı Nazirlər Kabinetinin istefası ilə bağlı rəsmi bəyanat verib", - radiostansiyanın məlumatında deyilir. Qeydolunub ki, Kallas yaxın bir neçə saat ərzində yeni kabinetin formalaşdırılması prinsipləri haqqında məruzə ilə çıxış edəcək.

Kallas son il yarım ərzində baş nazir vəzifəsində çalışıb. Ötən həftə o, hakim koalisiyadakı böhranla əlaqədar istefasının mümkünlüyündən danışıb. Estoniya prezidenti iyunun 3-də Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin rəhbərlərini və Mərkəz Partiyasını hökumətdə təmsil edən digər beş naziri vəzifəsindən azad edib. Hakim koalisiyada fikir ayrılığına səbəb parlamentdə mərkəzçilərin hökumətin eston dilində ibtidai təhsillə bağlı təsdiq etdiyi qanun layihəsinin əleyhinə səs verməsi olub.


AzVision.az



Teqlər:



Xəbər lenti