Orban: “Rusiyaya qarşı sanksiyalar Ukraynaya kömək etmir”

      Orban:    “Rusiyaya qarşı sanksiyalar Ukraynaya kömək etmir”
  15 İyul 2022    Oxunub:825
“Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları Ukraynaya kömək etməməklə yanaşı bu ölkədə vəziyyətin nizamlanmasına töhfə vermir, yalnız Avropa dövlətlərinin özlərinə zərər verir”.
Bu fikirləri Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radio proqramında çıxışı zamanı deyib. “Sanksiya siyasətinə sadiq olan ölkələr var, lakin Brüssel etiraf etməlidir ki, bu, səhv idi, bu siyasət ümidləri doğrultmadı və hətta əks effekt verdi. Onlar sanksiya siyasətinin ruslara zərər verəcəyini düşünürdülər, lakin bu, bizi daha çox təsir edir”, - Macarıstan hökumətinin başçısı bildirib.

O, Avropa İttifaqında Rusiyaya qarşı yeddinci sanksiyalar paketinin müzakirəsinə toxunaraq bildirib ki, ölkəsi həmişə sanksiyalara qarşı çıxıb, çünki onlar Ukraynaya kömək etmirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti