Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü
  15 İyul 2022    Oxunub:955
Baş nazir Əli Əsədov iyulun 15-də Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşüb.
Nazirlər Kabinetindən AzVision.az -a verilən xəbərə görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulanıb. İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Həmçinin Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub. Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

AzVision.az


Teqlər:



Xəbər lenti