Rusiyanın Ukraynada 38 minə yaxın hərbçisi ölüb

Rusiyanın Ukraynada 38 minə yaxın hərbçisi ölüb
  15 İyul 2022    Oxunub:1389
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 38 000-ə yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiyanın 1 672 ədəd tankı, 3 866 ədəd zirehli döyüş maşını, 842 ədəd artilleriya sistemi, 247 ədəd reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 220 ədəd hərbi təyyarəsi, 188 ədəd helikopteri, 155 qanadlı raketi, 2 731 ədəd nəqliyyat vasitəsi və avtoçəni, 15 ədəd gəmi-kateri, 681 ədəd dronu və 67 ədəd xüsusi texnikası məhv edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti