Bildirilir ki, beynəlxalq təcrübədə dərə keçidləri üzərində inşa edilən hündür qabaritli viaduklarda bu üsuldan istifadə olunması daha məqsədəuyğun sayılır.
Qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 79,7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 metr (sol - 410 metr, sağ - 350 metr) olan viaduk da daxil olmaqla 3-nün tikintisində istifadə olunur.
Xatırladaq ki, 81,6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol boyu 137 müxtəlif diametrli suötürücü boru (7 200 p/m), 30 yeraltı keçid (1 110 metr), 7 körpü (763 p/m), 7 tunel (6 358 metr) və 9 viaduk (1 980 metr) inşa edilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


