Almaniya ukraynalı qaçqınlara 2,4 milyard avro xərcləyəcək

   Almaniya ukraynalı qaçqınlara 2,4 milyard avro xərcləyəcək
  15 İyul 2022    Oxunub:1462
260 minə yaxın ukraynalı qaçqın Almaniyada məşğulluq mərkəzlərində qeydiyyatdan keçib, Almaniya onlara dəstəyini davam etdirəcək.
Bunu Almaniyanın əmək və sosial işlər naziri Hubertus Hayl bəyan edib. Onun sözlərinə görə, ukraynalı qaçqınalrın lazımi səviyyədə həyat şəraitini təmin etmək üçün bu ilin büdcəsində əlavə 2,4 milyard avro nəzərdə tutulub:

“Xərclərin dəqiq məbləği ölkəyə bundan sonra gələcək insanların sayından asılı olacaq”. Hazırda Almaniyada Ukraynadan olan 800 mindən çox qaçqın var.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti