Bakıdan Bodruma uçan sərnişinlərin təyyarələri dəyişdiriləcək

 Bakıdan Bodruma uçan sərnişinlərin təyyarələri dəyişdiriləcək
  16 İyul 2022    Oxunub:1200
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-023 nömrəli Bakı-Bodrum reysi texniki səbəblərə görə gecikir.
AzVision.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, sərnişinlər Bodruma digər təyyarə ilə yola düşəcəklər. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.

AzVision.az



Teqlər: AZAL  



Xəbər lenti