Ukraynalı pilotlar ABŞ təyyarələrini idarə etməyi öyrənəcək

   Ukraynalı pilotlar ABŞ təyyarələrini idarə etməyi öyrənəcək
  16 İyul 2022    Oxunub:1873
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna hərbçilərinə Amerika təyyarələrini idarə etməyi öyrətmək üçün 100 milyon dollar ayrılmasını təsdiqləyib.
Bu barədə “Defence News” məlumat yayıb. Müvafiq təşəbbüs Konqresin aşağı palatası tərəfindən növbəti maliyyə ili üçün müdafiə büdcəsinə düzəliş kimi qəbul edilib. Düzəliş Respublikaçı Adam Kinzinger (İllinoys) tərəfindən irəli sürülüb.

Onun sözlərinə görə, təklif etdiyi tədbir gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin Qərb texnikasına keçidini asanlaşdıracaq. Belə ki, Birləşmiş Ştatlar Missisipi və ola bilsin Texasdakı bazalarında ukraynalı pilotların təliminə başlamağa hazırdır. Konqresmen bildirib ki, “F-15” və “F-16” döyüş təyyarələrini idarə etməyin əsaslarını öyrənmək təxminən üç ay çəkəcək.

AzVision.az


Teqlər: F-16  



Xəbər lenti