Narkobaronu tutmaq istəyən 14 nəfər helikopter qəzasında öldü

Narkobaronu tutmaq istəyən 14 nəfər helikopter qəzasında öldü
  16 İyul 2022    Oxunub:853
Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus “Black Hawk” helikopteri şimaldakı Sinaloa ştatında qəzaya uğrayıb.
Hadisə nətcəsində 14 nəfər həlak olub. Helikopterdə ümumilikdə 15 nəfər olub, onlardan biri sağ qalıb, həmin şəxsə tibbi yardım göstərilir.

Meksika Prezidenti Andres Manuel Lopes Obrador isə “Twitter” hesabında məlumat verib ki, Sinaloada qəzaya uğrayan Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin göyərtəsində olan əsgərlər narkobaronun tutulmasında iştirak ediblər. Meksika Hərbi Dəniz Qüvvələri 1985-ci ildə ABŞ narkotik agentini öldürməkdə təqsirli bilinən və sərbəst buraxıldıqdan sonra gizlənən Kinteronu ələ keçirdiklərini bildirib.


AzVision.az


Teqlər:





Xəbər lenti